Ru
14:19 / 17 Sentyabr 2025

İsrailli nazirdən şok: Türkiyə, Suriya və Qətər "şər oxu"dur

İsrailli nazirdən şok: Türkiyə, Suriya və Qətər "şər oxu"dur
Eye

İsrailin diaspor və antisemitizmlə mübarizə naziri Amixay Çikli Türkiyənin "yeni Osmanlı iddiaları"nı və Fransanın İsrailə dəstək verməməsini tənqid edib.

Bakupost.az xəbər verir ki, Amixay Çikli bu barədə “The Jerusalem Post”un diplomatik konfransında açıqlama verib. O, Avropada millətçiliyin və vətənpərvərliyin güclənməsinə çağırış edib:

“Yeni “şər oxu” - Türkiyə, Suriya və Qətərdir. Bu, yeni İrandır”.

Çikli çıxışında əsasən Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana fokuslanıb. O, Ərdoğanın baxışlarını “yeni Osmanlı vizyonu” adlandıraraq bildirib ki, Türkiyə lideri Osmanlı imperiyasının yenidən canlanmasını istəyir:

“Ərdoğan açıq şəkildə deyir ki, Qüds onun imperiyasının bir hissəsi olmalıdır və İsrail dövləti məhv edilməlidir,” - deyə Çikli əlavə edib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar