Bakıda hündürmərtəbəli binadan yıxılan qız xəstəxanada keçinib.
Bakupost.az xəbər verir ki, hadisə jurnalistlərin 3-cü binasında ("Qazilərin binası" kimi tanınan binada) baş verib.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini, 2000-ci il təvəllüdlü Rəhimxanova Əfsanə Mirzalı qızı binanın 13-cü mərtəbəsinin balkonundan yıxılıb. O, təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib və Ə.Rəhimxanova aldığı ağır xəsarətlərdən keçinib.
Qeyd olunur ki, hadisə baş verən gün Ə.Rəhimxanovanın doğum günü imiş. O, doğum günün qeyd etmək üçün həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş. Ə.Rəhimxanovanın binadan yıxıldığı, yoxsa intihar etdiyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elnur, BakuPost