Ru
12:23 / 13 Noyabr 2025

“Jurnalistlərin maaşları artırılıb” – MEDİA rəsmisi

“Jurnalistlərin maaşları artırılıb” – MEDİA rəsmisi
Eye

“Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır”.

Bakupopst.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən deyib:

“Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir”.

Xatırladaq ki, MEDİA-nın dəstək verdiyi veb-saytlarda çalışan jurnalistlərin minimum əməkhaqqı 600 manatdan 800 manatadək artırılıb. Yeni qaydalara görə, veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi də 3000 manatdan 5000 manatadək artırılıb və minimum işçi sayı 4 nəfər müəyyənləşib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar