Ru
11:14 / 01 Yanvar 2026

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”

Kadırov gizlicə xəstəxanaya yerləşdirildi – “Ümid demək olar ki, yoxdur”
Eye

Çeçenistanın rəhbəri Ramzan Kadırovun səhhətinin kəskin pisləşməsi səbəbilə təcili xəstəxanaya yerləşdirildiyi və artıq bir həftəyə yaxındır ictimaiyyət qarşısına çıxmadığı bildirilir.

Bakupost.az xəbər verir ki. bu barədə “Novaya qazeta Evropa” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, dekabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Moskvada keçirilən ənənəvi ilin yekunları üzrə Dövlət Şurasının iclasında Rusiyanın bütün region rəhbərləri iştirak etsə də, Çeçenistan bu toplantıda təmsil olunmayıb.

“Новая газета Европа”nın yazdığına görə, Ramzan Kadırov iclasda şəxsən iştirak etməyi planlaşdırıb və dekabrın 24-də Moskvaya uçub. Lakin 24-dən 25-nə keçən gecə onun vəziyyəti qəfil pisləşib və o, reanimobil vasitəsilə Prezident Administrasiyasına tabe olan Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Çeçenistanın iclasda iştirakı üçün alternativ variant nəzərdə tutulmadığından Dövlət Şurasının iclası respublika nümayəndəsi olmadan keçirilib.

Nəşrin Çeçenistan rəhbərinin ətrafına yaxın mənbəsinin sözlərinə görə, Moskvada Kadırovun vəziyyətini müəyyən qədər stabilləşdirmək mümkün olub, bundan sonra o, respublikaya qayıdıb. Həmin vaxtdan etibarən isə ictimaiyyət qarşısında görünmədiyi bildirilir.

Canlı yayım zamanı Kadırov öz səhhəti ilə bağlı açıqlamasında sinir pozuntuları və daimi gərginlik hiss etdiyini, bunu “sanki elektrik cərəyanı üzərində oturmaq” kimi təsvir edib. O, bu vəziyyəti Ukraynada döyüşən çeçen hərbçilərlə bağlı narahatlıqları ilə əlaqələndirib.

Nəşrin məlumatına görə, son bir il ərzində Çeçenistan rəhbəri ictimai tədbirlərdə nadir hallarda iştirak edib və faktiki olaraq regionun idarə olunmasında əvvəlki fəallığını itirib. Vaxtının böyük hissəsini ya öz iqamətgahında, ötən ilin əvvəlindən Qroznıda müalicə aldığı “Аymedi” klinikasında keçirir. Mənbələr bildirir ki, Kadırov iki dəfə, o cümlədən noyabr ayında Dubayda yerləşən özəl klinikalardan birində alman həkimlər tərəfindən müayinə olunub, amma irəliləyiş baş verməyib.

“Novaya qazeta Evropa”nın Çeçenistandakı mənbəsi iddia edir ki, yaxın ətrafından sözlərinə əsasən, müsbət nəticəyə ümid demək olar ki, yoxdur.

Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbəsinin sözlərinə görə, Federal Təhlükəsizlik Xidməti Çeçenistan üzrə idarəsi Ramzan Kadırovun səhhəti ilə bağlı məlumatları onun yaxın ətrafı vasitəsilə nəzarətdə saxlayır. Buna səbəb kimi Kadırovun Moskvadakı həkimlərin təyinatlarını dəfələrlə pozması, həmçinin özünümüalicə ilə məşğul olması vəziyyətin kəskin pisləşməsinə səbəb olub.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar