Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Axmat Kadırov Çeçenistan Respublikası baş nazirinin müavini vəzifəsinə təyin edilib.
Bakupost.az "RIA Novosti"yə istinadən xəbər verir ki, o, eyni zamanda Çeçenistan Respublikasının fiziki mədəniyyət və idman naziri, eləcə də “Axmat” futbol klubunun prezidentidir. Bundan başqa Əhməd Dudayev də baş nazirin müavini təyin olunub təyin olunub.
Ramzan Kadırov sosial şəbəkədə bu təyinatla bağlı paylaşım edib: “Dostlar, 2026-cı ilə Çeçenistan Respublikası hökumətinin strukturunda kiçik kadr dəyişiklikləri ilə başladıq. Belə ki, əziz qardaşım, Çeçenistan Respublikası hökumətinin sədri Maqomed Daudovun təqdimatı əsasında Axmat Kadırov Çeçenistan Respublikası hökuməti sədrinin müavini vəzifəsini icra edən şəxs – Çeçenistan Respublikasının fiziki mədəniyyət və idman naziri təyin edildi. Eyni zamanda Çeçenistan Respublikası hökuməti sədrinin müavini vəzifəsini icra edən şəxs – Çeçenistan Respublikasının milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri postuna Əhməd Dudayevi təyin etmək barədə qərar qəbul etdim”.
2005-ci il təvəllüdlü Axmat Kadırov 2022-ci ildən (17 yaş) etibarən Çeçenistan Respublikası rəhbərinin müşaviri vəzifəsini tutub, həmçinin Rusiya Uşaq və Gənclər Hərəkatı “Birincilərin Hərəkatı”nın regional şöbəsinin şura sədri olub.
2023-cü ilin noyabrında Axmat Kadırov respublikanın fiziki mədəniyyət, idman və gənclər siyasəti nazirinin birinci müavini təyin edilib. 17 fevral 2024-cü ildə Çeçenistan Respublikasının gənclərlə iş naziri, 21 may 2024-cü ildə Çeçenistan Respublikasının fiziki mədəniyyət və idman naziri vəzifəsinə gətirilib. 23 may 2024-cü ildə isə “Axmat” futbol klubunun prezidenti təyin olunub. O, həmçinin Çeçenistan Respublikasının gənclər siyasəti sahəsində əməkdar işçisidir.
Cavid, BakuPost