Son günlər sosial şəbəkələrdə polşalı tennisçi Kamil Mayxşakın rusiyalı Karen Xaçanova qalib gəldiyi oyundan sonra tribunada yaşanan hadisə gündəm olub.
Bakupost.az xəbər verir ki, görüntülərdə peşəkar tennisçi beysbol papağını imzalayaraq tribunadakı uşağa uzadır.
Bu zaman yaxınlıqda dayanan kişi onun əlindən papağı alaraq qadının çantasına qoyur. Uşaq buna etiraz etsə də, o buna heç bir reaksiya vermir.
Sonradan sosial şəbəkələrdə sürətlə yayılan bu video birmənalı qarşılanmır və papağı “oğurlayan” kişi qınaq obyektinə çevrilir. Məlum olur ki, həmin şəxs Polşa Tennis Federasiyasına sponsorluq edən “Drogbruk” şirkətinin baş direktoru, milyonçu Pyotr Şerekdir. Hətta onun şirkəti də qlobal onlayn ictimaiyyət tərəfindən mənfi rəylər və sərt tənqid dalğası ilə üzləşib. P. Şerek isə bütün bunlara görə məhkəməyə üz tutacağını açıqlayıb.
Mayxşak isə hadisədən xəbər tutandan sonra uşağın tapılması üçün müraciət edərək onunla görüşmək istədiyini bildirib. Nəhayət ABŞ Açıq çempionatında üçüncü tur matçı günü tennisçi kiçik azarkeşlə görüşüb, ona xatirə hədiyyələri və yeni papaq bağışlayıb.