Ru
08:30 / 30 Aprel 2020

Kamran Əliyev kimin adamıdır? - “Bizə ləkəsiz, alnıaçıq prokuror lazımdır”

Kamran Əliyev kimin adamıdır?  - “Bizə ləkəsiz, alnıaçıq prokuror lazımdır”
Eye


Kriminalist-hüquqşünas İlqar Altay Prezident İlham Əliyev tərəfindən Baş prokuror vəzifəsinə namizədliyi irəli sürülmüş Kamran Əliyevlə bağlı maraqlı məlumat paylaşıb. 

BakuPost xəbər verir ki, o, Kamran Əliyevlə bağlı hələ illər əvvəl müəyyən araşdırmalar aparıb, kimin adamı olmasıyla, bu pilləyə necə gəlib çatmasıyla maraqlanıb:



Dövlət başçısı İlham Əliyev ölkədə mütərəqqi islahatlar hərəkatını başladıb. Dəstəkləmişik..

İslahatlar qərarı veriləndən sonra maraqlı idi ki, əməldə bu ideya necə real, ardıcıl, davamlı ola biləcək. Hələ koronavirus böhranınadək ölkədə struktur və kadr dəyişikləri başlandı və intensiv şəkil aldı. Nazirlər yeniləndi, icra başçıları həbs edildi. Hətta ölkənin donmuş karantin dövründə belə proses dayanmadı, yeniliklər hətta həbslər.

Məni isə bu dəyişlikdə bir hüquqşünas kimi və möhkəm, eyni zamanda xalqa xidmətli dövlətin tərəfdarı olaraq, qanunçuluğun qorunması çox maraqlandırırdı. O mənada ki, qanunların aliliyi, yəni istər məmur, istər qeyri-məmur, qanunlara riayət olmasa və qanuna riayət etmə tələbi sərt olmasa, islahatların effekti çətin olacaq. Niyə?

Çünki qanun hər dövlətin möhkəmliyi və gücü, hər xalqın nizamı və rifahı deməkdir. Hər hansı inkişaflı dövlətdə zəif qanun və ona əməl etmə tələbi də zəif ola bilərmi? Hətta ən demokratik dövlətdə. Əsla yox! Demək, bizim ölkənin də bu dönəmdə inkişafının əsas təminatçısı qanunun qorunması, yəni onun aililiyi, riayət edilmə şərti olmalıdır. Qanunların qorunmasını təmin edən dövlət orqanı isə bizdə prokurorluqdur. Məhz mənim də bu proses boyu əsas müşahidə və gözləntim ölkə prokurorluğundakı dəyişiklik idi.

Cənab Zakir Qaralovu həm rayon prokuroru olan vaxtlar iş prosesindən, həm Baş prokuror olan dövr görüşlərimizdən tanıyıram. Hər zaman da mədəni və hörmətli münasibət olub. Fəaliyyəti müsbət də, mənfi də tərəfli olub, zaman-zaman tənqid də, tərif də etmişik. Ancaq deməliyəm ki, bu yeni dəyişiklik erasında bu durum-keyfiyyətə malik prokurorluqla irəliləmək xeyli çətin olardı. Bu orqanda dəyişiklik mütləq idi, həm də köklü.

Budur, Prezident yeni baş prokurorun təyinatilə bağlı Milli Məclisə Kamran Əliyevin təqdimatını verib.

Kamran Əliyev kimdir, cəmiyyətimiz necə tanıyır onu?



Kamran müəllim ilə 2004-cü il, yanvarın 30-da, bizə evə zəng vuraraq, Baş prokurorluğa dəvət edəndə görüşdük. O zamanlar baş prokurorun baş köməkçisi idi, məncə. Özü qarşıladı. Bir az, bir yarım saatadək söhbət etdik, Zakir Qaralov yanındakı qonaqları ilə görüşü bitirənəcən. Bir az Rusiyanın ötən hüquq-mühafizə dövründən, bir az ölkəmiz Azərbaycanın indiki dövründən. Çox mədəni, sadə, savadlı, bilgili təəssürat bağışladı.

1 saat yarım da, Zakir müəllmlə görüşümüzdə iştirak etdi, əvvəldən axıracan. Orada da yenə yüksək dövlətçilik intizamı, ölcü-biçili davranış və xüsusilə Baş prokurorun ona böyük inamını etibar, etimadını müşahidə etdim.

Görüşdən sonra tez maraqlandım ki, kimdir və hansı inkişaf yolu keçib, gəlib bu səviyyəyə, kimin adamıdır Kamran Əliyev? Görüm, bir tədqiqatçı, analitik kimi müşahidə və təəssüratım doğrumu çıxıb?

Sorğulardan aydın oldu, ilk gəncliyindən çətin Rusiyanın ən çətin, soyuq bölgələrində çalışıb, yüksək dözüm, təmkinlə və təbii ki, çalışqanlıq və bacarıqla sıfırdan zirvəyəcən öz zəhməti ilə heç bir köməksiz, təkansız, pillə-pillə irəliləyib. Çalışdığı sahəyə və dövlətə vicdanlı xidmətilə. Ona görədir ki, cəmiyyətdə, mediada bu illərdə Kamran Əliyevin haqqında qəbahət eşitmədik.

Mən dəfələrlə çıxış etdim, yazdım, yazılarım da durur, bizim ölkəyə savad bacarıqlı və dövlətini xalqını sevən vətənpərvər, xüsusən də ki təmiz, ləkəsiz, alnıaçıq prokuror lazımdır ki, kimlərisə qanun qarşısına qoyanda daha ona deməsinlər ki, özün niyə, filan işləri edib qanunu pozursan?

Bu mənada, bu seçim və təyinat, hesab edirəm ki, ölkənin yeni dəyişiklər və inkişaf dövrü üçün yerinə düşüb. İnanıram ki, bu təyinat çox vacib prosesin-ölkənin prokurorluğu sistemində yeni mütərəqqi, qanun keşikli reformanın başlanğıcı olacaq. Və xalqımızı da müşahidə bilgimlə tam əmin edirəm, bizim ölkəyə bu gedişat qanunun hamı üçün eyniliyi və aliliyini, haqq-ədaləti, tam firavanlıq gətirəcək.

Səbrli olaq və dəstək verək.

Şərhlər
  • Həmidov Bəhlul

    Kamran Müəllimin görüşünə necə qəbul olmaq olar?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar