Ru
15:33 / 15 May 2026

Kanada parçalanır? - Ən zəngin əyalət müstəqil olmaq istəyir

Kanada parçalanır? - Ən zəngin əyalət müstəqil olmaq istəyir
Eye

Kanadanın Alberta əyaləti müstəqil olmaq istəyir.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, “Albertanı Azad Saxla” kampaniyası çərçivəsində 300 mindən çox imza toplanılıb.

Bu isə ölkə qanunvericiliyə görə, referendum keçirilməsi üçün yetərli saydan xeyli çoxdur. Qanunla tələb olunan say təxminən 178 mindir.

Alberta zəngin neft ehtiyatlarına malikdir. Yerli əhali hökumətin tətbiq etdiyi karbon vergisindən və enerji siyasətindən narazıdır. Bu məsələlər uzun müddətdir Alberta sakinləri ilə hökumət arasında mübahisələrə səbəb olur.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar