Ru
23:59 / 03 Oktyabr 2025

Karasin Avropanın sülhü necə pozduğunu açıqladı: Tramp manipulyasiya edilib...

Karasin Avropanın sülhü necə pozduğunu açıqladı: Tramp manipulyasiya edilib...
Eye

Rusiya Prezidenti Vladimir Putinin Valday Forumundakı çıxışı Qərbi ciddi şəkildə düşündürməyə vadar edib. Karasinin sözlərinə görə, Ukraynadakı hazırkı böhran Avropa və NATO-nun Rusiyanı tamamilə parçalamağa yönəlmiş planlı səylərinin nəticəsidir.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Teleqram kanalında yazıb.


O, Qərbin “qardaş xalqlar arasında müharibəni” bilərəkdən qızışdırdığını iddia edərək, bunu Mazepadan Banderaya qədər uzanan “tarixi xəyanətlərin” davamı kimi qiymətləndirib:

“Lakin bu oyun artıq həddindən artıq uzağa gedib. Bunu anlamaq vacibdir”, – Karasin vurğulayıb.

O, Ukraynada rus dilinə qarşı qadağanı misal gətirərək bildirib:

“Ukrayna əhalisinin demək olar ki, yarısı bu dildə danışır. Tarix belə qəddar barbarlığı tanımır!. İsraildə ərəb dili, ərəb ölkələrində isə ivrit qadağan olunmur".

Avropadakı hazırkı “militarist çaşqınlığı”nı Karasin “isterika” adlandırıb.

“Onlar özlərini antirus bataqlığına salıblar, ümid edirdilər ki, cəmiyyətimiz sanksiyalar və hərbi təhdidlər qarşısında dağılacaq. Amma bu baş vermədi. İndi “rusofobiya bataqlığından çıxmaq” Avropanın öz üzərinə düşür, lakin bunu üzlərinj itirmədən necə edəcəklərini bilmirlər".

Karasin ABŞ-la münasibətlərə də toxunaraq bildirib ki, Rusiya və Amerika liderlərinin Ankoricdəki görüşü atmosferi sağlamlaşdırıb.

Lakin onun sözlərinə görə, bundan sonra “aqressiv Avropa liderlərinin Trampla görüşləri artıb və ona yönəlmiş güclü təzyiqlər başlayıb.

“Avropa artıq aydın şəkildə sakitləşməli və ambisiyalar xəndəyindən necə çıxacağını düşünməlidir. Bu xəndək yalnız Ukrayna üçün deyil, ümumilikdə beynəlxalq sabitlik üçün də təhlükəlidir”, – deyə Karasin fikrini tamamlayıb.

Asena,
BakuPost.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar