Ru
21:24 / 20 Avqust 2026

Keçmiş baş nazirdən Gürcüstan hakimiyyətinə xəyanət ittihamı: Həbsxanada da rahat buraxmırlar

Keçmiş baş nazirdən Gürcüstan hakimiyyətinə xəyanət ittihamı:  Həbsxanada da rahat buraxmırlar
Eye

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili həbsxanadan yeni məktub yayıb.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, səkkiz aydır həbsdə olan sabiq baş nazir hakimiyyəti ona qarşı çirkli təxribat təşkil etməkdə, onu aldatmaqda və korrupsiya ittihamlarını qəbul etməsi üçün təzyiq göstərməkdə günahlandırıb.

Qaribaşvilinin sözlərinə görə, 75 yaşlı atasının da mümkün həbsi barədə ona iki dəfə eyham vurulub.

“Əvvəldən mənə qarşı çirkli təxribat təşkil etdiniz, məni tələyə saldınız. Mən sizə inandım, etibar etdim, amma siz məni aldatdınız, xəyanət etdiniz. İndi də həbsxanada mənə rahatlıq vermirsiniz, korrupsiya ittihamını qəbul etməyimi tələb edirsiniz ki, siyasətə qayıtmaqla bağlı ən kiçik ehtimalı belə aradan qaldırasınız.

Bir daha açıq şəkildə bildirmək istəyirəm: mən heç kimə qarşı mübarizə və müharibə aparmıram. Mən yalnız özümü və ailəmi müdafiə edirəm”, - o, Gürcüstan hökumətinə müraciətində qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar