Ru
13:32 / 30 Sentyabr 2025

Keçmiş mətbuat katibi Ziya Məmmədov haqqında nədən DANIŞDI? - VİDEO

Keçmiş mətbuat katibi  Ziya Məmmədov haqqında nədən DANIŞDI? - VİDEO
Eye

Ləğv edilmiş Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov uzun müddətdən sonra keçmiş rəhbəri Ziya Məmmədovdan danışıb.

Bakupost.az xəbər verir ki, Oxu24.com saytına açıqlama verən Namiq Həsənov bildirib ki, Ziya Məmmədovla telefon vasitəsi ilə əlaqə saxlayır.

Bu barədə Namiq Həsənov "Tiktok" sosial şəbəkəsində açdığı canlı yayım zamanı Oxu24.com saytının sualına cavab olaraq bildirib.

"Bəli,Ziya Məmmədovla yalnız telefon əlaqəm var.Hərdən zəngləşirik.Ad günündə,bayramlarda zəngləşirik.Mən köhnə dostları unutmuram.Ziya müəllimə salam göndərirəm",-deyə keçmiş mətbuat katibi bildirib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə 2017-ci il fevralın 13-də Nəqliyyat Nazirliyi ləğv edilib. Bu fərmanla da Ziya Məmmədov da vəzifəsini itirib.Qurumun mətbuat katibi işləmiş Namiq Həsənov isə uzun müddət işsiz qalmışdı. O,hazırda sosial şəbəkələr üzərindən Tarix fənnini tədris edir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar