Ru
08:03 / 03 Fevral 2026

"Kəpəz"in futbolçusunu bıçaqladılar

"Kəpəz"in futbolçusunu bıçaqladılar
Eye

Gəncədə bıçaqlanma hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadən bildirir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V.Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar