Ru
09:00 / 13 Avqust 2025

Kərbəlaya apardıqları zəvvarları yarıyolda qoyub qaçdılar - VİDEO

Kərbəlaya apardıqları zəvvarları yarıyolda qoyub qaçdılar -  VİDEO
Eye

Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tiflisdə yarıyolda qoydular.

Bakupost.az. xəbər verir ki, bu barədə zərərçəkən zəvvarlar “Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar “Risalət Travel”in rəhbərinin Kərbəla Ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığını iddia edilrlər.

Onlar bildirirlər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri olan Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tiflis şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb.

Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərlərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.

Ətraflı süjeti təqdim edirik:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar