Ru
17:52 / 09 Avqust 2025

Kiprdən tarixi sülh razılaşmasına - Reaksiya

Kiprdən tarixi sülh razılaşmasına - Reaksiya
Eye

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə tarixi sülh müqaviləsinin paraflanmasını alqışlayırıq.

Bakupost.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi X hesabında məlumat yayıb.

“Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır. Bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini təbrik edirik”, - məlumatda bildirilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar