Kişi keçmiş arvadının boğazını kəsdi - FOTO / VİDEO

  • 23 Avq 2019 17:14
  • 1990 Baxış
Kişi keçmiş arvadının boğazını kəsdi -  FOTO / VİDEO
38 yaşlı qadın 4 il öncə boşandığı əri tərəfindən qətlə yetirilib.




Bakupost xəbər verir ki, hadisə Türkiyədə- Kırıkaledə baş verib. Qızlarının kimin himayəsində qalacağını danışmaq üçün kafedə görüşən Əminə Bulud və Fədai Baran bir müddət sonra mübahisə etməyə başlayıblar. Mübahisə böyüyüb. Fədai Baran bıçaq çıxarıb qızının gözü qarşısında keçmiş arvadının boğazına bir neçə dəfə bıçaq zərbəsi endirib və taksi ilə hadisə yerindən qaçıb. Qanlar içində qalan qadın yerə yıxılıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisə kafenin kameralarına düşüb. Avqustun 18-də baş verən hadisənin görüntüləri bu gün paylaşılıb. Görüntülərdə Əminə Buludun "Mən ölmək istəmirəm" deyib fəryad etdiyi, qızının isə " Ana, nə olar ölmə" dediyi görünür.

 

Qeyd edək ki, Fədai Baran qısa müddətdə saxlanılıb. Məhkəmədəki ifadəsində cinayəti keçmiş arvadının onu təhqir etdiyi uçün törətdiyini bildirən Baran həbs edilib.

 

Vəsilə İbrahim

BAKUPOST

 








Kişi keçmiş arvadının boğazını kəsdi -  FOTO / VİDEO
Kişi keçmiş arvadının boğazını kəsdi -  FOTO / VİDEO