ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı 19 bənddən ibarət yeni sülh planı Konqresdə müqavimətlə qarşılana bilər.
Bakupost.az xəbər verir ki, bu barədə The Hill qəzeti məlumat yayıb.
“İlkin variant ciddi fikir ayrılıqları yaradıb. Əgər ilkin təklifə əməl olunarsa, bir sıra respublikaçılar onunla bağlı ciddi narazılıqlarını bildirəcəklər”, — deyə o qeyd edib.
"The Hill" qəzetinin məlumatına görə, yeni 19 bəndlik planın təfərrüatları hələ açıqlanmayıb, lakin bu plan Kiyev tərəfindən ciddi güzəştləri nəzərdə tutan ilkin variantla oxşar ola bilər.
Məryəm, BakuPost