Ru
17:35 / 21 May 2019

Köməksiz qalan çobanlar xilas olundu

 Köməksiz qalan çobanlar xilas olundu
Eye

Ağdam rayonunda çayın daşması çobanların və 500 baş heyvanın örüş yerindən qayıda bilməsinə əngəl törədib.



Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bakupost-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artmış, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.



Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.



Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar