“Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə daxil edilə bilər”.
Bakupost.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, Gürcüstanın beynəlxalq nəqliyyat marşrutlarının inkişafında uzunmüddətli, sıx və effektiv əməkdaşlığı onu Türkiyə və Azərbaycan, eləcə də Ermənistan, Mərkəzi Asiya və digər tərəfdaş dövlətlərlə birləşdirir.
“Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə daxil edilə bilər. Gürcüstanın birləşdirici funksiyasının inkişafından danışarkən, Ermənistana böyük diqqət yetirilir. Tranzit xidmətlərinin inkişafı da daxil olmaqla, erməni dostlarımızla tərəfdaşlığımızı mümkün qədər dərinləşdirməyə hazırıq”, - Kobaxidze qeyd edib.