Ru
14:42 / 03 İyun 2026

Koçaryan, Karapetyan və Sarkisyanı ağır günlər gözləyir: Paşinyanın planı

Koçaryan, Karapetyan və Sarkisyanı ağır günlər gözləyir: Paşinyanın planı
Eye

Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi rəqiblər arasında mübarizə kəskinləşir.

Ermənistan mətbuatı iddia edir ki, yaxın günlərdə ölkədə gözlənilməz həbslər və səs-küylü ifşalar olacaq. Bu ifşalar da Rusiyanın Ermənistana tətbiq etdiyi məhdudiyyətlərlə bağlı narahatedici məlumatları kölgədə qoyacaq.

Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az-a bildirib ki, Ermənistandakı parlament seçkiləri bu ölkədə yalnız hakimiyyətin müəyyənləşməsilə bağlı siyasi proses olmaqdan kənara çıxıb:

“Bu seçkilər həm də geopolitik mübarizəyə rəvac verən səbəblərdən biridir. Rusiya Ermənistana nəzarəti tam şəkildə bərpa etməyə və yenidən onu özünün forpost quberniyasına çevirməyə çalışır. Paşinyan hakimiyyəti isə seçkidə qalib gəlib, Qərbə yaxınlaşmaq siyasətinin davamında israrlıdır”.

Ekspertin fikrincə, Paşinyan qalib gələrsə, seçkilərdən sonra Samvel Karapetyan, Robert Koçaryan, Serj Sarkisyan və digər Rusiya agentlərini həbslər, ya da ciddi səs-küylü ifşalar gözləyir:

“Bu baxımdan hər iki tərəf müxtəlif manevrlər edir. Artıq Rusiya emissarları fəaliyyətə keçiblər. Biznesmen Samvel Karapetyan bu baxımdan Paşinyan hakimiyyətinin əsas hədəfləri sırasında yer alır. Onun barəsində artıq cinayət işləri açılıb. Paşinyanın seçkilərdə qələbəsi həmçinin hərbi cinayətkarlar Robert Koçaryan və Serj Sarkisyan üçün də ciddi problemlər olacaq. Böyük ehtimalla Paşinyan hakimiyyəti bu iki hərbi cinayətkarı siyasət məkanından birdəfəlik kənarlaşdırmaqla ciddi problemi aradan qaldıracaq. Ermənistanda digər çoxsaylı rus agentləri də var. Paşinyan Rusiyaya bağlı həmin agentura şəbəkəsinə daxil olan siyasətçilərlə əlaqədar da müxtəlif ifşaedici məlumatları aça bilər. Bu isə siyasi təlatümlərə səbəb olacaq”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar