Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakupost.az Bakues.az-a daxil olan məlumata görə, hadisənin “Kontakt Home” mağazalar şəbəkəsinin Sahil filialında baş verdiyi iddia edilir.
Şahidlərin sözlərinə görə, mağazada çalışan qadın şəxsi münasibətlər zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Məlumata əsasən, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü F. Quliyev saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.