Moskva Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparır.
Bakupost.az Yenisabah.az -a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda gərgin iş gedir,- prezident bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk", - Peskov Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi üçün Rusiyanın gördüyü tədbirlərlə bağlı sualı cavablandırarkən deyib.
Bakı məhkəməsi saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb.
Jurnalistlərin Vladimir Putinlə İlham Əliyevin son danışıqları zamanı həbs olunan ruslarla bağlı məsələnin müzakirə olunub-olunmaması ilə bağlı növbəti sualını cavablandıran Kremlin sözçüsü qeyd edib:
"Birincisi, iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu görüş bizim ikitərəfli münasibətlərimizdə səhifəni birlikdə çevirməyimiz baxımından çox mühüm görüş idi".