Ru
17:50 / 08 Oktyabr 2025

“Kremldə Paşinyanın üstündən xətt çəkiblər” - AÇIQLAMA

“Kremldə Paşinyanın üstündən xətt çəkiblər” - AÇIQLAMA
Eye

“Müşahidələr onu göstərir ki, növbəti parlament seçkiləri Ermənistan üçün çox ağır keçəcək. Xüsusilə də Rusiya artıq çoxdan qərarını verib ki, Paşinyan hakimiyyəti onun həm regional, həm də Ermənistandakı maraqları üçün ciddi problemdir”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, hazırda yalnız erməni cəmiyyəti deyil, eyni zamanda Rusiya da Ermənistandakı növbəti parlament seçkilərinə hazırlaşır:

“Artıq Rusiyanın Ermənistandakı agentura şəbəkəsinə daxil olan "erməni triosu" hərəkətə keçib. Yəni erməni oliqarxiyası, erməni kilsəsi və keçmiş cinayətkar prezidentlər - Sərkisyan və Köçəryanın rəhbərlik etdiyi radikal revanşist düşərgə artıq fəaliyyətə başlayıb.
Əsas qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, növbəti parlament seçkilərində Ermənistanda hakimiyyət dəyişdirilsin. Kremldə də hesab edirlər ki, Rusiyanın Ermənistanla elə bir ciddi problemi yoxdur. Problem yalnız Paşinyan hakimiyyəti ilə bağlıdır və hakimiyyəti dəyişdirməklə Ermənistanı yenidən Rusiyanın orbitinə tamamilə qaytarmaq mümkün ola bilər. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan da indiki mərhələdə mümkün qədər ehtiyatlı davranmağa, Rusiyanı qıcıqlandırmayacaq açıqlamalar verməyə çalışır. O çalışır ki, növbəti parlament seçkilərində hakimiyyətini qoruya bilsin və məhz parlament seçkilərindən sonra yeni addımlar atmaq imkanı qazansın.

Ancaq bəzi məlumatlara görə, artıq Kremldə Paşinyanın üstündən xətt çəkiblər və hesab edirlər ki, ona güvənmək olmaz. Hakimiyyət mütləq dəyişdirilərək Rusiyanın agentura şəbəkəsinə daxil olan keçmiş hakimiyyət təmsilçilərinə qaytarılmalıdır. Yəni Rusiya bu istiqamətdə addımlar atmaq və planlar qurmaq niyyətindədir”.

Lalə, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar