Ru
17:45 / 12 Sentyabr 2019

“Krımda keçirilən “seçkiləri” tanımırıq” - Azərbaycan XİN

“Krımda keçirilən “seçkiləri” tanımırıq” -  Azərbaycan XİN
Eye

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Krım yarımadasında keçirilən qondarma “yerli seçkilər”ə münasibət bildirib.



BakuPost.az-ın xəbərinə görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, Azərbaycan həmin "seçkiləri" tanımır.


"Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Konstitusiyasında təsbit olunduğu kimi, bu ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Buna görə də, Azərbaycan Respublikası Ukrayna Hökumətinin razılığı olmadan keçirilən hər hansı “seçkiləri” tanımır", XİN rəsmisi əlavə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar