Ru
16:59 / 04 İyul 2020

Kriminal avtoritetin dəfninə toplaşanlar cərimələndilər - Karantini pozublar

5658
Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində M.Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşiman olduqlarını bildirməklə, səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Xatırladaq ki, Bakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən 1979-cu il təvəllüdlü Mail Mustafayevin dəfni zamanı karantin qaydaları pozulub.
"BakuPost"un məlumatına görə, karantin qaydalarına uyğun olaraq 10-dan çox insanın bir yerə toplaşması qadağan edilsə də, "kriminal avtoritet"in dəfnində çox sayda insan iştirak edib.

Mərasim zamanı ara məsafəsi də gözlənilməyib. Bundan başqa kadrlarda dəfnə qatılanların əksəriyyətinin tibbi maskadan istifadə etmədikləri görünür.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər