Kür çayının Sabirabad rayonunun keçən hissəsindən qadın meyiti tapılıb.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.
Məlum olub ki, meyiti tapılan şəxs Şirvan şəhər sakini, 29 yaşlı Aytən Elçin qızı Abdullayevadır. Onun hansı şəraitdə Kür çayında boğulduğu hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.