Ru
13:28 / 13 Dekabr 2022

Laçın dəhlizində vəziyyət: aksiya davam edir - CANLI

3964
İki gündür ki, Laçın-Şuşa yolunda ekoloq, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəallar və könüllülərin Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı etiraz aksiyası davam edir.

Bakupost.az xəbər verir ki, aksiyaya ölkənin müxtəlif bölgələrindən fəallar qoşulub. Bu gün Qarabağ qaziləri, eləcə də QHT rəhbərləri və jurnalistlərin növbəti qrupu aksiyaya qatılmaq üçün Qarabağa yola düşüb.

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır: təbii sərvətlərin talanmasının dayandırılması, Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağına keçidin təmin edilməsi, Rusiya sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkovun hadisə yerinə gəlməsi.

Hadisə yerindən canlı bağlantını təqdim edirik:



Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər