Ru
18:07 / 18 Oktyabr 2025

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?

"Laser Beauty Clinic"də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
Eye

"Laser Beauty Clinic"lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış "Altes" filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.

Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.


Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Nigar Rüfət və Adilya Makatova ilə bağlı ilk sorğuya gələn cavabı olduğu kimi təqdim edirik:

"Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur".

Nigar Sultanova ilə bağlı da eyni cavab oldu:

"Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər".

Göründüyü kimi, hər üç şəxsin adı həkim kimi fəaliyyət gəstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?

Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Analitik Ekspertiza Mərkəz bildirir ki, reysterdən keçmədən və sertifikatsız fəaliyyət qanunsuzdur. Amma Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova "Laser Beauty Clinic"in "Altes" filialında fəaliyyət göstərir və bunu gizlətməyi belə lazım bilmirlər. Onlar maneəsiz olaraq pasiyentlərə xidmət göstərirlər və müvafiq qurum - Səhiyyə Nazirliyi də artıq bundan xəbərdardır. Amma bunun qarşısını almaq üçün heç bir addım atılmır. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qağadan edir. Lakin Səhiyyə Nazirliyi onların qarşısını almaq üçün heç bir addım atmır, işini sorğulara cavab verməklə bitmiş hesab edir. Əslində isə nazirlik bu kimi fəaliyyətlərə qarşı mübarizə aparmalı, onları müəyyənləşdirərək, müvafiq qurumlara məlumat verməli, qanunun tələblərini yerinə yetirməlidir. Görünən odur ki, bu məsələdə həvəsli deyillər və bununla da növbəti faciələrin əsasını qoyurlar.


Bu arada, qeyd edək ki, Nigar Rüfət estetik cərrahlar üçün oktyabrın 26-da "The art of Facial Harmony" adlı master-klass keçirəcək. Bir sözlə heç bir tibbi təhsili və sertifikatsiyası olmayan Nigar xanım həkimlərə dərs deyəcək.

Məlumat üçün bildirək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra isə Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakalogiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən Nigar Rüfətin təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar