Ru
17:25 / 16 Sentyabr 2025

Latviya prezidenti NATO-nu israfçılıqda günahlandırdı

Latviya prezidenti NATO-nu israfçılıqda günahlandırdı
Eye

NATO-nun hava hücumundan müdafiə sistemləri hələ də mükəmməl deyil, çünki bahalı raketləri ucuz dronlara xərcləmək məcburiyyətində qalırlar.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Latviya Prezidenti Edqar Rinkeviç Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə keçirilən mətbuat konfransında Polşa üzərində dronların görünməsi ilə bağlı son insidenti şərh edərkən deyib.

“Adətən, bahalı zenit raketlərindən ucuz pilotsuz uçuş aparatlarına atəş açmaq üçün istifadə edilmir,” – deyə Rinkeviç qeyd edib.

Qeyd olunur ki, Polşanın müdafiə manevrlərinin təxmini dəyəri ilə bağlı məlumatlar daxil olub. İlkin məlumata görə, həmin dronları vurmaq cəhdlərinə hər biri təxminən 400 min avro dəyərində olan Sidewinder raketləri xərclənib və əməliyyata bir neçə F-35 qırıcısı cəlb olunub.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar