Ru
14:45 / 27 Sentyabr 2025

Lənkəranda evləri su basdı

Lənkəranda evləri su basdı
Eye

Dünəndən yağan intensiv yağışlar nəticəsində Lənkəran şəhərinin bir sıra küçələrində həyətyanı sahələr və yaşayış evlərini su basıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, subasma halı əsasən şəhərin Səttərxan, Nizami və Zərifə Əliyeva küçələrində müşahidə olunub.

Bəzi ərazilərdə yağış sularının hündürlüyü yarım metrə qədər yüksəlib. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yığılmış sular nasoslar vasitəsilə çıxarılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar