Ru
16:08 / 27 Sentyabr 2025

Sarkoziyə hökm oxuyan hakim təhdid edilir?

Sarkoziyə hökm oxuyan hakim təhdid edilir?
Eye

Fransada məhkəmə işçilərinin həmkarlar ittifaqı keçmiş prezident Nikola Sarkoziyə qarşı hökmün çıxarılmasından sonra sosial şəbəkələrdə hakimin təhdid edilməsi ilə bağlı prokurorluğa şikayət verib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Şikayətdən sonra iki araşdırma başlanıb, iş İnternetdə nifrətlə mübarizə üzrə Milli İdarəyə göndərilib.

Qeyd olunur ki, dövlət vəzifələrində çalışan şəxsləri ölümlə hədələməyə görə 5 ilədək həbs cəzası nəzərdə tutulur. Sosial şəbəkələrdə təqib və təhqirə görə iki ilə qədər həbs və 30 min avroya qədər cərimə təyin edilə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar