FHN-in kollektivi Zəfər parkını ziyarət etdi - VİDEO
78
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.
Bu barədə Bakupost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.