Ru
16:26 / 27 Sentyabr 2025

“Krokus” terroru: Ölənlərin sayı artdı

“Krokus” terroru: Ölənlərin sayı artdı
Eye

Rusiyanın Moskva vilayətində "Krokus Siti Holl"da baş verən terror aktı zamanı yaralanan Dmitri Sarayev uzun sürən müalicədən sonra həyatını itirib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a vəkil İqor Trunov məlumat verib.

O bildirib ki, Sarayev konsert zalında atışma zamanı kürəyindən güllə yarası almışdı.

Xatırladaq ki, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində daha əvvəl 149 nəfərin öldüyü açıqlanmışdı. Hücumdan sonra hadisənin 4 icraçısı – Məhəmmədsabir Fayzov, Dalercan Mirzəyev, Səidəkrəmi Rəcəbəlizadə və Şəmsiddin Fəriduni Ukraynaya qaçmağa çalışıblar. Onlar Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar