Ru
18:05 / 27 Sentyabr 2025

ABŞ səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etdi

ABŞ səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etdi
Eye

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanda 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.


Bakupost.az xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini yad edirik. Avqustun 8-də Vaşinqtonda Cənubi Qafqazda yeni bir mərhələnin başlanğıcının şahidi olduq və ABŞ bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - paylaşımda bildirilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar