Ru
19:16 / 27 Sentyabr 2025

Tatlısəsin anasına ağır itki üz verdi

Tatlısəsin anasına ağır itki üz verdi
Eye

Məşhur sənətçi İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı və oğlu İdo Tatlısəsin anası Dərya Tunaya ağır itki üz verib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, onun bacısı Perihan Tuna Oba dünyasını dəyişib.

Xəbəri sosial media hesabında paylaşan Dərya Tuna bacısının dəfn mərasimi ilə bağlı məlumat da verib.

"Canım bacım, Perihan Tuna Obanı itirdik. Meyiti sabah namazından sonra, Zincirlikuyu məscidindən qaldırılacaq və Kilyos qəbristanlığında dəfn ediləcək", - deyə Tuna paylaşımında bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəs və Dərya Tuna 18 illik evlilik yaşayıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar