HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampdan Qəzza zolağında münaqişənin həlli ilə bağlı hər hansı sülh planı aldığını inkar edir.
Bakupost.az xəbər verir ki, bu haqda HƏMAS rəsmisi bildirib.
“HƏMAS-a heç bir plan verilməyib”, - o vurğulayıb.
Qeyd edək ki, bu həftə Trampın ərəb və müsəlman liderlərinə Qəzzada qarşıdurmaya son qoymağa yönəlmiş 21 bəndlik sənəd təqdim etdiyi bildirilib. KİV-in məlumatına görə, plan tam atəşkəs, girovların azad edilməsi, İsrail qoşunlarının mərhələli şəkildə çıxarılması və HƏMAS-ın müharibədən sonra bölgəni idarə etməkdən kənarda qalmasını tələb edir.