Ru
20:01 / 27 Sentyabr 2025

Bakıda daha bir marşrutun avtobusları yenilənir

Bakıda daha bir marşrutun avtobusları yenilənir
Eye

Sabahdan etibarən paytaxtın Yeni Suraxanı, Suraxanı və Yeni Günəşli qəsəbələrini metronun “Həzi Aslanov” stansiyası ilə əlaqələndirən 104 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Bakupost.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sentyabrın 28-dən sərnişinlərin xidmətinə veriləcək 20 ədəd "King Long" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların xəttə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar