Ru
21:07 / 27 Sentyabr 2025

Moskvada Yunus Əmrənin abidəsi ucaldılacaq

Moskvada Yunus Əmrənin abidəsi ucaldılacaq
Eye

2026-cı ilin yayında Ankarada ilk kosmonavt Yuri Qaqarinin, Moskvada isə tanınmış türk şairi Yunus Əmrənin abidəsi ucaldılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Moskva hökumət naziri Sergey Çeremin Rusiya rəsmiləri və iş adamlarından ibarət nümayəndə heyətinin Türkiyəyə səfərinin yekunlarına dair danışarkən deyib.

O layihənin "pandemiya və sonrakı hadisələr" səbəbindən həyata keçirilmədiyini söyləyib:

“Biz artıq demək olar ki, bütün detalları müzakirə etmişik, qərar qəbul edilib, qalan isə texniki məsələlərdir".

Nazir deyib ki, Qaqarinin abidəsi Dikmen Vadisi parkında, Əmrənin abidəsi isə Muzeonda ucaldılacaq. Layihə artıq Türkiyə Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ilə müzakirə olunub və heç bir maneə ilə üzləşməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar