Ru
21:49 / 27 Sentyabr 2025

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazırıq - Lavrov

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazırıq - Lavrov
Eye

Moskva əvvəlki kimi Ukraynadakı münaqişənin əsas səbəblərini həll etmək üçün danışıqlara hazırdır.

Bakupost.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, xatırladıb ki, prezident Vladimir Putin dəfələrlə vurğuladığı kimi, Rusiya xüsusi əməliyyatın əvvəlindən məsələnin diplomatik həlli qapısını bağlamayıb.

Lavrovun sözlərinə görə, bu cür danışıqlara başlamaq üçün əsas şərtlər ölkənin təhlükəsizliyi və həyati maraqlarının müdafiəsi üçün etibarlı təminatdır.

Diplomat onu da qeyd edib ki, Kiyev hökumətinin nəzarətində olan ərazilərdə etnik rusların və rusdillilərin hüquqları tam bərpa edilməlidir.

Lavrov təəssüflə bildirib ki, nə Kiyev hökuməti, nə də onun avropalı müttəfiqləri hələ də vəziyyətin ciddiliyini başa düşməyiblər və dürüst dialoqa hazır deyillər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar