Macarıstanın böyük neft-qaz şirkəti MOL Rusiyanın sanksiyalar altındakı “Lukoil” şirkətinə məxsus xarici aktivləri almaqda maraqlı olduğunu ABŞ tərəfinə rəsmi şəkildə bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı "Röyters" yayıb.
Agentliyin mənbələrinə görə, MOL hazırda “Lukoil”in bir sıra beynəlxalq obyektlərinin satın alınmasını araşdırır. Söhbət Avropadakı neft emalı zavodları və yanacaqdoldurma məntəqələrindən, eləcə də Qazaxıstan və Azərbaycanda şirkətin pay sahibi olduğu hasilat layihələrindən gedir.
Danışıqların hansı mərhələdə olduğu açıqlanmayıb, lakin ekspertlərə görə, belə bir satış Qərbin Rusiya enerji şirkətlərinə tətbiq etdiyi sanksiyalar fonunda strateji əhəmiyyət daşıya bilər.