Ru
20:13 / 24 Oktyabr 2025

Maduro Trampdan xahiş etdi - Venesuelaya hücum etməyin!

Maduro Trampdan xahiş etdi - Venesuelaya hücum etməyin!
Eye

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa ingilis dilində müraciət edərək ondan ölkəsinə hücum etməməyi xahiş edib.

Bakupost.az xəbər verir ki, müraciət "Firstpost" YouTube kanalında yayımlanıb.

"Müharibə yox, yalnız sülh, əbədi sülh. Lütfən, xahiş edirəm", - Maduro bildirib.

Tramp ötən gün qeyd edib ki, ABŞ ordusu Latın Amerikası ölkələrində narkotik kartellərinə qarşı quru əməliyyatları keçirməyə başlaya bilər.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Tramp Venesuelaya qarşı “aqressiv hərəkətlərə” icazə verib və ölkə prezidenti Nikolas Maduronu devirmək üçün addımlar atıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar