Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi məlumat yayıb.
"Onlar tezliklə Amerika torpaqlarında, Amerika məhkəməsində ədalətin tam qəzəbinə tuş gələcəklər", - P.Bondi sosial media hesabında qeyd edib.