Venesuela prezidenti Nikolas Maduro mətbuat konfransı zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinin ona hədiyyə etdiyi qatlana bilən Huawei Mate X6 smartfonunu nümayiş etdirib.
Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Venesuela prezidenti Huawei Mate X6-nı “dünyanın ən yaxşı telefonu” adlandırıb və bildirib ki, “amerikalılar onu nə peyklərlə, nə də hava kəşfiyyatı ilə sındıra bilməzlər”.
Maduronun bu açıqlamaları informasiya təhlükəsizliyi üzrə mütəxəssislər arasında şübhə doğurub. Ekspertlər qeyd edirlər ki, istənilən mobil cihaz potensial olaraq həssasdır – xüsusilə kibercasusluq sahəsində lider sayılan Amerika xüsusi xidmət orqanlarının imkanları nəzərə alındıqda.
Aysel,
BakuPost