Ru
10:57 / 04 May 2026

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi
Eye

Fransa Prezidenti Emmanuel Makron Bakıda həbsdə olan separatçı rejimin nümayəndələri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə aparmağı planlaşdırır.

Bakupost.az Unikal-a istinadən xəbər verir ki, bu barədə o, İrəvanda verdiyi müsahibədə bildirib.

"Sabah bu məsələ ilə bağlı Ermənistanın Baş naziri ilə görüş keçirməyi planlaşdırıram. Bundan dərhal sonra Prezident İlham Əliyevlə yenidən müzakirə aparacağam. Bilirsiniz ki, biz həmişə vasitəçi rolunu oynamağa və kömək etməyə çalışırıq", - deyə o qeyd edib.

Fransa Prezidenti əlavə edib ki, Fransa regionda sülh və sabitliyi dəstəkləmək üçün əlindən gələni etməyə davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar