Ru
17:11 / 23 Yanvar 2026

Maliyyə Nazirliyinin sabiq rəsmisi şadlıq sarayı aldı

Maliyyə Nazirliyinin sabiq rəsmisi şadlıq sarayı aldı
Eye

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda şadlıq sarayı alıb.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, rayonda fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayı artıq keçmiş aparat rəhbərinin oğlunun adına keçib.

Məlumat üçün deyək ki, "Murovdağ” şadlıq sarayı vergi qeydiyyatına "Adore Busiess” MMC kimi alınıb. Bu MMC-nin rəhbəri isə Yusifov Rüfət Cavanşir oğludur.

Bəzi məlumatlarda Şəmkirdə fəaliyyət göstərən "Yamin” şadlıq sarayının da Cavanşir Yusifovun nəzarətinə keçdiyi iddia edilir. Bu iddialarla bağlı keçmiş aparat rəhbərindən şərh almaq mümkün olmayıb.

Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib. O, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusifovun qardaşıdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar