Ru
17:58 / 24 Avqust 2026

Maradonanın əllə qol vurduğu top 3.3 milyona satıldı

Maradonanın əllə qol vurduğu top 3.3 milyona satıldı
Eye

1986-cı il dünya çempionatının 1/4 finalında Argentina ilə İngiltərə arasında keçirilən oyunda (2:1) Dieqo Maradonanın “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.

"Bakupost" QOL.az-a istinadla xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Artefakt avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olub. Maradona bu topla mübahisəli şəkildə əli ilə qol vuraraq hesabı açıb, 4 dəqiqə sonra isə möhtəşəm fərdi keçidlə daha bir qol vurub.

Lotun əvvəlcədən 10 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilsə də, yekun məbləğ rekorda çatmayıb. Maradonanın həmin oyunda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar