Ru
11:35 / 05 Yanvar 2026

Masallıda sahibkarın arvadının əl-ayağını bağladılar - Evi talan edildi - FOTO

Masallıda sahibkarın arvadının əl-ayağını bağladılar - Evi talan edildi - FOTO
Eye

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.

Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, naməlum şəxs rayonun kəndlərindən birindəki mənzilə daxil olaraq ev sahibini xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.

O bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.



Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar