Ru
18:45 / 15 Noyabr 2025

Mbappe Bakıya niyə gəlmədi? - Baş məşqçi açıqladı

Mbappe Bakıya niyə gəlmədi? - Baş məşqçi açıqladı
Eye

Fransa milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Bakupost.az xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Osman Dembele və Kilian Mbappenin olmaması sizə çətinlik yaratmayacaq ki?

- Dezire Due və başqaları da burada yoxdur. Amma biz dünya çempionatına vəsiqə qazanmışıq. Bu da bizi rahatlaşdırır. Sabahkı matç üçün 22 oyunçumuz var. Qarşımızda isə çox enerjili və inadkar komanda olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Çünki məqsədimiz qələbə qazanmaqdır.

- Üç gün əvvəl Ukrayna ilə oyunda 4:0 hesablı qələbə qazanaraq dünya çempionatına vəsiqə qazandınız. O matçda Kilian Mbappe oynadı, sabah isə meydana çıxmayacaq. Zədəsi nə dərəcədə ciddidir?

- Kilianın topuğunda problemləri var idi, davam edir. Ona görə də onu millidən buraxdım, "Real"ın tibbi heyəti Mbappe ilə məşğul olacaq. Risk etmək istəmirik. Artıq mundiala vəsiqə qazanmışıq. 22 futbolçumuz buradadır, onların da məqsədi aydındır.

- Üç futbolçunuz zədəlidir. Sabah hansı oyunçular oynayacaq?

- Üç oyunçu olmasa da, 22 futbolçu Bakıdadır. Hamısı oynaya bilər. Bugünkü məşqdə də hamısı olacaq. Təbii ki, oyunlara görə yorğunluq var. Amma Bakıya vaxtında gəlib, dincəlmişik.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar