Ru
13:20 / 18 Oktyabr 2025

Mehdiyev Azərbaycanda öz FETÖ-sunu yaradıb - "Növbəti mərhələdə şok yaşayacağıq..."

Mehdiyev Azərbaycanda öz FETÖ-sunu yaradıb - "Növbəti mərhələdə şok yaşayacağıq..."
Eye

"Gözləntim belədir ki, Azərbaycanda qardaş Türkiyədəki "FETÖ əməliyyatı"na bənzər proses olacaq. Ramiz Mehdiyev də elə Fətulla Gülənin bir başqa versiyasıdır. Mehdiyevi də özünə "Hoca" bilənn adamlar var. "Hoca"nın qurduğu planla şəbəkələşib, dövlətin müxtəlif strukturlarında yerləşiblər".

Bakupost.az xəbər verir ki, bu fikirləri sosial şəbəkədə jurnalist Nicat Dağlar bildirib.

Onun sözlərinə görə, bu şəbəkəni ifşa edib zərərsizləşdirmək asan məsələ deyil:

"Bunun üçün dərin araşdırmalar, dindirmələr, analizlər tələb olunur. Heç şübhəsiz ki, istintaq hazırda bu mərhələdədir. Yəni olduqca ciddi və olduqca məxfi dövlət işləridir bunlar. Sosial şəbəkələrdəki "nooldu, dalı gəlmədi.. " replikaları kimi primitiv yanaşmalarla olmur bu işlər. Azərbaycanın müstəqilliyinə, dövlətin dayaqlarına təhdid yaradan, Prezidentə sadiq kimi görünüb, əslində isə ona zərbə endirmək üçün məqam axtarmış böyük bir şəbəkənin ifşasından söhbət gedir. Dövlət bu günə qədər nələri açıqlayıbsa, informasiyanı hara qədər əlçatan edibsə, onunla kifayətlənməli və prosesin növbə mərhələsini gözləməliyik. Çox güman ki, növbəti mərhələdə şoku şok dalınca yaşayacağıq..."

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar