Ru
15:36 / 09 Oktyabr 2026

Məhkəmənin buraxdığı “Lamborghini”ni polis yenidən saxladı - VİDEO

Məhkəmənin buraxdığı “Lamborghini”ni  polis yenidən saxladı - VİDEO
Eye

Sürücüsü barəsindəki avtoxuliqanlıq işinə xitam verilən “Lamborghini Urus” markalı avtomobillə bağlı yenidən tədbir görülüb.

"Bakupost" bu barədə "Ajans"a istinadla xəbər verir.

Xatırladaq ki, bazar dəyəri 630 min manat olan, 99-AV-999 dövlət qeydiyyat nişanlı avtomobil Dənizkənarı Bulvarda təhlükəli manevrlər etməsi ilə bağlı yayılan görüntülərdən sonra gündəmə gəlib.

Qeyd edək ki, həmin vaxt sürücü 2003-cü il təvəllüdlü Hacı Həsənli Ramiz oğlunun hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə (avtoxuliqanlıq) qiymətləndirilsə də, hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında işə xitam verib. Məhkəmə sürücünün hərəkətlərində ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozulması kimi əlamətlərin olmadığını əsas gətirib.

Məsələni araşdıran jurnalist Tural Museyibov sürücülərin maddi imkanlarından asılı olmayaraq, ictimai qaydalara riayət etmələrinin vacibliyini vurğulayıb.

O bildirib ki, yüksək qiymətli avtomobilə sahib olmaq heç kimə ictimai yerlərdə təhlükəli və ya digər şəxsləri narahat edən hərəkətlərə yol vermək imtiyazı vermir. Cəmiyyətdə hər kəs qanun qarşısında bərabərdir və maddi imkanlar başqalarına münasibətdə üstünlük nümayiş etdirmək vasitəsinə çevrilməməlidir.

Tural Museyibov, həmçinin məsələ ilə bağlı tədbir görüldüyünə görə Daxili İşlər Nazirliyinə təşəkkür edib və sürücünün hazırda xaricdə olduğunu bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar