Ru
13:12 / 20 Yanvar 2026

Məktəb avtobusu ilə yük maşını toqquşdu – Ən azı 14 uşaq həlak oldu

Məktəb avtobusu ilə yük maşını toqquşdu – Ən azı 14 uşaq həlak oldu
Eye

Cənubi Afrikanın Qautenq əyalətində səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi ölkəni sarsıdıb. Məktəb mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 14 şagird həyatını itirib, 3 şagird isə yaralanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, avtobusun sürücüsü önündəki maşınları keçməyə çalışarkən qarşıdan gələn yük avtomobili toqquşub. Hadisə yerinə dərhal çoxsaylı təcili yardım briqadaları cəlb edilib. İlk məlumatlara görə 11 şagird hadisə yerində, daha 3-ü isə xəstəxanada həlak olub.

Rəsmilər sürücülərin də xəsarət aldığını, lakin onların vəziyyətinin hələ də dəqiq müəyyən olunmadığını bildiriblər. Yaralılar təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu üçün təlafat sayının artma ehtimalı var.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar